Azarkeşi öldürdülər - Çempionat dayandırıldı
6 Noyabr 2016 14:58 İdmanUruqvay çempionatı müvəqqəti olaraq dayandırılıb.
Publika.az xəbər verir ki, çempionat 21 yaşlı azarkeşin öldürülməsinə görə dayandırılıb. Bu barədə məlumatı Uruqvay Futbol Assosiasiyası yayıb.
Öldürülən gənc "Penyarol" klubunun fanatı olub. Onu "Nasyonal" klubunun azarkeşləri güllələyiblər. Hadisə zamanı daha 2 nəfər xəsarət alıb.
Ölüm hadisəsinə görə 12 nəfər şübhəli şəxs saxlanılıb. "Penyarol"la "Nasyonal" Montevideonu təmsil edirlər və barışmaz rəqiblər sayılırlar. Bu komandaların azarkeşləri arasında daim qarşıdurma yaşanır.
Çempionatın nə vaxt bərpa olunacağı barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31