Qvardioladan antirekord
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın yeni klubunda işləri yaxşı getmir. Qol.az xəbər verir ki, son olaraq İngiltərə liqa kubokunda "Mançester Yunayted"ə uduzan Qvardiolanın komandası qalib gələ bilmədiyi oyunların sayını 6-ya yüksəldib.
27 Oktyabr 2016 18:49 İdman"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın yeni klubunda işləri yaxşı getmir.
Qol.az xəbər verir ki, son olaraq İngiltərə liqa kubokunda "Mançester Yunayted"ə uduzan Qvardiolanın komandası qalib gələ bilmədiyi oyunların sayını 6-ya yüksəldib.
Bu isə P.Qvardiola üçün antirekorddur. İndiyə kimi təcrübəli mütəxəssis çalışdırdığı heç bir klubda 6 oyun dalbadal qələbəsiz qalmayıb.
Qeyd edək ki, son olaraq 2009-cu ilin martıda "Barselona"da ard-arda 5 görüşdə qalib gələ bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31