İdman

ABŞ klubu Runi i lə maraqlanır

16 Noyabr 2016 11:44

"Mançester Yunayted"in futbolçusu Ueyn Runi ABŞ-da oynaya bilər. Olaylar.az qol.az-a istinadən xəbər verir ki, "Los-Anceles" ingilis hücumçunu transfer etmək istəyir.

Azərbaycan basketbolunun inkişafı üçün əlimizdən gələni edəcəyik

15 Noyabr 2016 12:26

Azərbaycan Basketbol Federasiyası 2016-cı ilin yekunlarına dair mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Milli Olimpiya Komitəsində təşkil edilən tədbirdə yığma komandanın baş məşqçisi Samit Nuruzadə iştirak edib. 

Federasiya Bosniya və Herseqovina xalqından üzr istədi

15 Noyabr 2016 12:24

Yunanıstan Futbol Federasiyası Bosniya və Herseqovina xalqından üzr istəyib.  Olaylar.az Report-a istinadən xəbər verir ki, səbəb 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinın IV turunda keçirilmiş Yunanıstan - Bosniya və Herseqovina matçında baş verənlərdir.

Rəqiblərimiz oynayır, yığmamız istirahət edir

15 Noyabr 2016 11:33

Bu gün milli komandaların iştirakı ilə növbəti oyunlar keçiriləcək. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsinin IV turunu başa vuran Avropa yığmaları qüvvələrini yoldaşlıq matçlarında sınayacaq.

Millimizin rəqibi: "Bütün oyunlara 3 xal üçün çıxmalıyıq"

15 Noyabr 2016 11:17

"Norveç üzərində qələbə qazanmaqla, vacib 3 xal əldə etdik. Amma cari seçmə mərhələdə özümüzə bənzəmirik". Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiya yığmasının futbolçusu Marek Suxideyib.

Messinin halı pisləşdi

15 Noyabr 2016 11:02

Argentina millisinin futbolçusu Lionel Messinin təyyarədə halı pisləşib. Olaylar.az qol.az-a istinadən xəbər verir ki, uçuş zamanı özünü pis hiss edən 29 yaşlı oyunçuya komandanın tibbi heyəti köməklik edib.

Azərbaycanın müstəqillik tarixində 13-cü FİFA referisi

14 Noyabr 2016 19:03

2017-ci il üçün FIFA referilərinin adları təsdiqlənib. Uzun müddətdən sonra Azərbaycanın FIFA hakimlərinin siyahısında dəyişiklik olub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2017-ci  ildən ölkəmizi beynəlxalq arenada Əliyar Ağayev və Rəhim Həsənovla birlikdə Ömər Paşayevin də təmsil edəcəyi təsdiqini tapıb. Paşayev bu siyahıda Orxan Məmmədovu əvəzləyib. 2014-cü ildən FIFA referisi olan Orxan Məmmədov beynəlxalq arenada 9 oyun idarə edib. O, sonuncu dəfə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Domjale" - "Lusitans" matçına təyinat alıb.   

Ndlovunun narazı olduğu məşqçi federasiya tərəfindən cəzalandırıldı

14 Noyabr 2016 19:01

CAR millisinin baş məşqçisi Efraim Maşaba yerli futbol federasiyası tərəfindən işindən kənarlaşdırılıb. Bunun müvəqqəti, yoxsa daimi olacağı açıqlanmır. Goal.az xəbər verir ki, komandanı Mozambiklə yoldaşlıq görüşünə Ouen da Qama hazırlayacaq. Maşabanın cəzalandırılmasına səbəb DÇ-2018 seçmə mərhələsində Seneqala qarşı oyundan sonra (2:1) CAR Futbol Federasiyasını tənqid etməsidir. İki turdan sonra CAR millisi Burkina-Faso ilə birlikdə D qrupunun lideridir.

42 ilə 1 milyard dollarlıq gəlir

14 Noyabr 2016 13:44

Portuqaliya millisinin və "Real"ın superulduzu Kriştianu Ronaldo yeni müqavilə imzalayıb. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu bu dəfə sponsorluq anlaşmasına qol çəkib.

Millimizin üzvü Yaponiyada ən dəyərli voleybolçu seçildi

14 Noyabr 2016 11:06

Qadın voleybolçular arasında Yaponiya çempionatında V turun matçları keçirilib. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Toyota" "Toray"ın qonağı olub.

Evans Azərbaycan millisini rəqib saymadı

14 Noyabr 2016 11:05

Hələ oyundan əvvəl bu matçın önəmi barədə öz aramızda söhbət etmişdik. 4 aylıq fasilə öncəsi qalib gəlib, ikinci pilləyə yüksəlmək istəyirdik. Bunu da bacardıq.