Premyer Liqa klubları "İnter"li ilə maraqlanırlar

Joffre Kondoqbiya "İnter"i tərk etməyə yaxındır. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, fransız futbolçu artıq qış fasiləsindən sonra karyerasını İngiltərədə davam etdirə bilər.

Joffre Kondoqbiya "İnter"i tərk etməyə yaxındır.

Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, fransız futbolçu artıq qış fasiləsindən sonra karyerasını İngiltərədə davam etdirə bilər.

Belə ki, "Çelsi" başda olmaqla, Premyer Liqanın bir çox klubları 23 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Xüsusilə, "zadəganlar"ın baş məşqçisi Antonio Kontenin bu keçiddə israr etdiyi iddia olunur.

Qeyd edək ki, ötən yay "İnter" Kondoqbiyanı 40,5 milyon avroya transfer edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31