Daha bir ulduz futbolçu ABŞ klubunu tərk edir

Stiven Cerrard və Frenk Lemparddan sonra daha bir ulduz futbolçu ABŞ klubunu tərk etmək qərarına gəlib. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, söhbət "Los-Anceles Qalaksi"nin hücumçusu Robbi Kindən gedir.

Stiven Cerrard və Frenk Lemparddan sonra daha bir ulduz futbolçu ABŞ klubunu tərk etmək qərarına gəlib.

Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, söhbət "Los-Anceles Qalaksi"nin hücumçusu Robbi Kindən gedir.

İrlandiyalı forvard gələn ay başa çatacaq mövsümün sonunda klubundan ayrılmağı qərara alıb. Lakin 36 yaşlı oyunçu karyerasını bitirmək fikrində deyil. Ancaq hələlik yeni komandasının adını açıqlamayıb.
 
Qeyd edək ki, Robbi Kin son 6 mövsümü keçirdiyi "Los-Anceles Qalaksi" ilə 3 dəfə MLS liqasının qalibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31