Beyl: "Birlikdə oynadığım ən yaxşı futbolçu Ronaldu deyil"
Madridin "Real" klubunun futbolçusu Qaret Beyl maraqlı açıqlama verib. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu eyni komandada oynadığı ən yaxşı futbolçunun portuqaliyalı ulduz Kriştiano Ronaldu olmadığını deyib.
17 Noyabr 2016 18:55 İdmanMadridin "Real" klubunun futbolçusu Qaret Beyl maraqlı açıqlama verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu eyni komandada oynadığı ən yaxşı futbolçunun portuqaliyalı ulduz Kriştiano Ronaldu olmadığını deyib.
Qaret Uels millisinin sabiq üzvü Rayan Giqqzin eyni komandada oynadığı ən yaxşı futbolçu olduğunu söyləyib: "Eyni komandada oynadığım ən yaxşı futbolçu Kriştianu Ronaldu yox, Rayan Giqqzdir. O, mənim uşaqlığımın qəhrəmanıdır və futbol əfsanəsidir".
Qeyd edək ki, Beyl 42 yaşlı Giqqzlə Uels millisində bir yerdə oynayıb. Beyl 2006-cı ildə milliyə dəvət alıbsa, Giqqz 2007-ci ildə milli karyerasını başa vurub.