İdman
Bakı bu gün necə qorunacaq? - 12 min polis, 642 videomüşahidə...
"Neftçi"də yeni məşqçi
"Neftçi" PFK-nın baş məşqçisi Elxan Abdullayevin köməkçisi müəyyənləşib. Novruz Əzimov əsas komandanın məşqçisi vəzifəsinə təyin olunub. 1982, 1985-1989 və 1991-1992-ci illərdə "Neftçi"nin heyətində 146 oyun keçirib, 5 qol vurmuş Əzimov Azərbaycan çempionudur (1992). "Kəpəz" və AZAL klublarında məşqçi kimi çalışmış mütəxəssis "Bakı"nın baş məşqçisi, məşqçisi və idman direktoru vəzifələrini yerinə yetirib. Baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub (2011/2012).
Olimpiya çempionu: "Özümü Bakıda evdəki kimi hiss edirəm"
"Mənə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak etmək çox maraqlıdır". Bunu Olimpiya çempionu, Özbəkistan gimnastı Oksana Çusovitina deyib.
46 ölkənin idmançıları Atletlər Kəndinə yerləşdirildi
“Hazırda 46 ölkənin idmançıları Atletlər Kəndinə yerləşdirilib. Bu gün isə 8 ölkənin nümayəndələrini gələcək”. Bunu “Bakı 2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəri və icraçı direktoru Könül Nurullayeva deyib. Onun sözlərinə görə, bu gün 8 ölkənin nümayəndələrini gələcək. İcraçı direktor bildirib ki, idmançıların boş vaxtlarını keçirməsi üçün mərkəz fəaliyyət göstərir. “Həmin mərkəzdə onlar stolüstü-tennis oynaya bilər və ya komanda şəklində televiziya verilişlərinə baxa bilərlər. Bu kimi əyləncələr nəzərdə tutulub. Lakin idmançıların elə də çox boş vaxtı yoxdur. Onlar daha çox məşqdə olurlar”.
Tacikistanlı voleybolçu: “Ölkəmizə “Bakı-2017”nin mükafatçısı kimi qayıtmaq istəyirik”
“Gəldiyimiz təyyarənin reysində gecikmə oldu. Gec çatdığımıza görə məşq etməyə vaxtımız olmadı. Türkiyə ilə ilk oyunumuza qədər uyğunlaşma olmadığına görə məğlub olduq”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət Tacikistan milli komandasının üzvü Makhfırat Norova deyib.
Boksçularımızın İslamiadadakı rəqibləri BİLİNDİ
Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarının püşkü atılıb. 27 ölkənin qatılacağı turnirdə Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar.
MOK: "İdmançılarımız Oyunlara yüksək səviyyədə hazırlaşıblar"
Azərbaycan Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarında böyük bir komanda ilə yarışacaq, komandamıza 500-ə qədər idmançı daxildir. Bunu Milli Olipmiya Komitəsinin (MOK) vitse-prezidentiÇingiz Hüseynzadə İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
İslamiadada iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Bakıdadır
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Azərbaycana gəlib və atletlər kəndində yerləşib. Bunu IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvüKönül Nurullayeva İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu gün isə 8 ölkənin idmançılarının gəlişi gözlənilir.
FİFA iki ölkəylə bağlı cəzanı qüvvədə saxladı
Bəhreyndə FİFA-nın 67-ci Konqresinə start verilib. Qurum artıq bir sıra qərarlar qəbul edib. Tədbirdə Qvatemala və Küveyt futbol federasiyalarının diskvalifikasiyası məsələsinə də baxılıb. Hər iki quruma qoyulan cəzanın müddəti uzadılıb.
Baş katib: "IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək"
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək. Bunu İslam Həmrəyliyi İdman Federasiyasının baş katibiFaysal Əbdüləziz Əl-Nassar Bakı-2017 İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
İslamiadada 3 müsəlman ölkəsi iştirak etməyəcək
İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı deyil, sülhün bərqərar olduğu, hər kəsin bir dildə danışdığı böyük mühüm tədbirdir. Bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, açılış mərasiminə artıq saatlar qalır: "Bakı möhtəşəm və mühüm tədbirə ev sahibliyi edəcək. Bütün dünyanın diqqəti bizdə olacaq".
Oman futbolçuları “Bakı-2017”də ilk qələbələrini qazanıblar
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir. SİA-nın məlumatına görə, turnirin “B” qrupunun ikinci turu çərçivəsində Oman millisi Türkiyə yığmasını məğlub edib.
Türkmənistanlı idmançı: “Türkiyə millisi ilə qarşılaşma çətin oldu”
“Türkiyə millisi ilə qarşılaşma bizim üçün çox çətin oldu. Ona görə ki, həm rəqib güclü idi, həm də bu oyun “Bakı-2017”də belə böyük arenada ilk matçımız idi. Biz çalışdıq ki, daha yaxşı oynayaq. Ancaq çoxlu texniki səhvlərimiz oldu”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan kişi voleybolçulardan ibarət Türkmənistan milli komandasının üzvü Arslanbek İskandarov deyib.
Simeone: "Geri dönüş etmək fikrimiz vardı"
"Atletiko"nun baş məşqçisi Diyeqo Simeone "Real"la yarımfinal görüşündən sonra (2:1) fikirlərini media ilə bölüşüb. Argentinalı mütəxəsis komandanı tək qoymadığına görə onlara təşəkkürünü bildirib.
Türkiyə millisinin kapitanı: “Ən çətin rəqibimiz Azərbaycan yığmasıdır”
“Hər zaman ilk oyunlar çətin olur. Biz birinci qarşılaşmamızda Türkmənistan yığması ilə oynadıq. Rəqiblərimizə hörmətlə yanaşırıq. Matçda zaman-zaman çətinlik çəksək də, sonda qalib gəldik (0:3)”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan kişi voleybolçulardan ibarət Türkiyə milli komandasının kapitanı Melih Siratca deyib.














