İdman
FİFA iki ölkəylə bağlı cəzanı qüvvədə saxladı
Bəhreyndə FİFA-nın 67-ci Konqresinə start verilib. Qurum artıq bir sıra qərarlar qəbul edib. Tədbirdə Qvatemala və Küveyt futbol federasiyalarının diskvalifikasiyası məsələsinə də baxılıb. Hər iki quruma qoyulan cəzanın müddəti uzadılıb.
Baş katib: "IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək"
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək. Bunu İslam Həmrəyliyi İdman Federasiyasının baş katibiFaysal Əbdüləziz Əl-Nassar Bakı-2017 İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
İslamiadada 3 müsəlman ölkəsi iştirak etməyəcək
İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı deyil, sülhün bərqərar olduğu, hər kəsin bir dildə danışdığı böyük mühüm tədbirdir. Bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, açılış mərasiminə artıq saatlar qalır: "Bakı möhtəşəm və mühüm tədbirə ev sahibliyi edəcək. Bütün dünyanın diqqəti bizdə olacaq".
Oman futbolçuları “Bakı-2017”də ilk qələbələrini qazanıblar
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir. SİA-nın məlumatına görə, turnirin “B” qrupunun ikinci turu çərçivəsində Oman millisi Türkiyə yığmasını məğlub edib.
Türkmənistanlı idmançı: “Türkiyə millisi ilə qarşılaşma çətin oldu”
“Türkiyə millisi ilə qarşılaşma bizim üçün çox çətin oldu. Ona görə ki, həm rəqib güclü idi, həm də bu oyun “Bakı-2017”də belə böyük arenada ilk matçımız idi. Biz çalışdıq ki, daha yaxşı oynayaq. Ancaq çoxlu texniki səhvlərimiz oldu”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan kişi voleybolçulardan ibarət Türkmənistan milli komandasının üzvü Arslanbek İskandarov deyib.
Simeone: "Geri dönüş etmək fikrimiz vardı"
"Atletiko"nun baş məşqçisi Diyeqo Simeone "Real"la yarımfinal görüşündən sonra (2:1) fikirlərini media ilə bölüşüb. Argentinalı mütəxəsis komandanı tək qoymadığına görə onlara təşəkkürünü bildirib.
Türkiyə millisinin kapitanı: “Ən çətin rəqibimiz Azərbaycan yığmasıdır”
“Hər zaman ilk oyunlar çətin olur. Biz birinci qarşılaşmamızda Türkmənistan yığması ilə oynadıq. Rəqiblərimizə hörmətlə yanaşırıq. Matçda zaman-zaman çətinlik çəksək də, sonda qalib gəldik (0:3)”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan kişi voleybolçulardan ibarət Türkiyə milli komandasının kapitanı Melih Siratca deyib.
Ramos: "Meydanda Hiquainə güzəşt etmək fikrində deyiləm"
"Real" ardıcıl 2-ci dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Həlledici oyunda Madrid klubunun rəqibi "Yuventus" olacaq.
Sadıqovlu "Qarabağ" çempion oldu
U-19 Liqasında XXXI turun oyunları keçirilib, 19 yaşadək futbolçulardan ibarət "Qarabağ" "Qəbələ"ylə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksində keçirilən qarşılaşmada Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.
Bakı-2017: İraq həndbolçuları yarımfinala yüksəldilər
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışının qrup mərhələsinin sonuncu turunda "B" qrupunda Mərakeş və İraq yığmaları qarşılaşıblar. 25:22 hesabı ilə qələbə qazanan İraq həndboçuları yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu əldə etdi
Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb. 35 yaşlı müdafiəçi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayıb.
Yığmanın qapısını su yoluna çevirənlər...
Hollandiya millisinin baş məşqçisi təyin olunan Dik Advokat karyerasında 3-cü dəfə yığmanın "sükanı arxasına" keçib. Az əvvəl Aleksandr Starkovun da az əvvəl 3-cü dəfə Latviya millisinin baş məşqçisi təyin olunması UEFA-nın diqqətini çəkib.
Taekvondo yığmamız İslamiadaya hazırdır
“Çox çətin bir yarış olacaq. 3 aydı bu turnirə hazırlışırıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin taekvondoçusu Yaprak Eriş (57 kq) deyib. Bu gün Azərbaycan Taekvondo Federasiyasının idman zalında yığmanın açıq məşqi keçirilib.
Kim gəlir, kim gedir?
Azərbaycanda 2016-17 mövsümü başa çatar-çatmaz Premyer Liqa klubları transfer çalışmalarına start veriblər. Gələn mövsüm elitada iştirakı dəqiq olan 7 komanda hələ ki, daxili "bazar"la kifayətlənir.
FİFA Poqba transferini araşdırır
FİFA İtaliyanın "Yuventus" klubundan İngiltərənin "Mançester Yunayted" komandasına keçməklə futbol tarixinin ən bahalı transferi adına sahib çıxan Pol Poqbanın keçidi ilə bağlı araşdırmaya başlayıb.














