"Qalatasaray" azarkeşləri rəqib fanatlara hücum etdi

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün keçiriləcək "Qalatasaray" - "Borussiya" (Dortmund) oyunundan öncə insident yaşanıb. Lent.az-ın məlumatına görə, İstanbul klubunun azarkeşləri əllərində bıçaqlarla rəqib fanatlara hücum ediblər. Nəticədə ara qarışıb, məzhəb itib. Hadisə ilə bağlı hələ ki, ətraflı məlumat verilmir. Oyun zamanı da komandaların azarkeşləri arasında insident yaşanacağı istisna deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31