Avropa Liqasında III tura bir oyunla start verilir

Avopa Liqasının qrup mərhələsinin III turunun oyunlarına bu gün keçiriləcək bir görüşlə start veriləcək. Qol.az xəbər verir ki, Kiyevdə baş tutacaq oyunda "Metallist" (Ukrayna) və "Legiya" (Polşa) komandaları üz-üzə gələcəklər. Sabah Kiyevdə qrup mərhələsinin daha bir oyunu - "Dnepr" - "Qarabağ" matçı keçiriləcək. UEFA qaydalarına əsasən, eyni şəhərdə bir gün ərzində iki avrokubok matçı keçirilə bilməz. Bu səbəbdən "Metallist" - "Legiya" oyunu bir gün öncəyə təyin olunub.

Qeyd edək ki, "Metallist" - "Legiya" oyunu bu axşam, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

22 oktyabr

Avropa Liqası, qrup mərhələsinin III turu

21:00. "Metallist" (Xarkov, Ukrayna) - "Legiya" (Polşa)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31