"Qarabağ"da daha bir itki

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah səfərdə "Dnepr"lə qarşılaşacaq "Qarabağ" oyuna itki ilə çıxa bilər. Qol.az xəbər verir ki, Ağdam klubunun aparıcı oyunçularından olan Leroy Corc Bakıdakı son məşq zamanı zədələnib. Komanda yoldaşı İbrahim Şehiçlə toqquşan hollandiyalı başından ciddi zədə alıb. Corcun Ukraynada "Dnepr"lə keçiriləcək oyunu buraxmaq ehtimalı az deyil. Matçın start fitinə kimi təcrübəli futbolçunun vəziyyətinə aydınlıq gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31