Boksçularımız ¼ finalda ermənilərlə qarşılaşacaqlar
22 Oktyabr 2014 18:06 İdmanXorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir. Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışların 4-cü günündə daha 4 boksçumuz rinqə çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev ilk görüşdəcə Belarus nümayəndəsi Dmitri Asanauova məğlub olub - 1:2. Superağır çəki dərəcəsində gücünü sınayan Məhəmmədəli Tahirov isə Avropa birinciliyinə qələbə ilə başlayıb. Bokçumuz slovakiyalı Qarlik Lukasdan üstün olub - 3:0. Milli komandamızın üzvü bu gün keçiriləcək ¼ final mərhələsində Ermənistan idmançısı Qnel Muradyanla qarşılaşacaq. Yeniyetmələrin Olimpiya Oyunlarının iştirakçısı Məsud Yusifzadə də (52 kq) ilk görüşdə qələbə qazanıb. Həmyerlimiz Şotlandiya təmsilçisi Lii Makqreqor üzərində qələbə qazanıb - 2:1. M.Yusifzadənin ¼ finaldakı rəqibi Gürcüstanı təmsil edən Qaqik Pozoyan olacaq. 69 kq məki dərəcəsində çıxış edən Roman Zakirov məşqçilərin ümidlərini doğrultmayıb. Boksçumuz ilk görüşdə xorvatiyalı Luka Prtenjakaya məğlub olub - 0:3. Avropa birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.