Futbolçu 170 min avroya maşın aldı
22 Oktyabr 2014 15:32 İdmanMaşın həvəskarı olan "Fənərbağça"nın futbolçusu Caner Erkin avtomobilini dəyişib. Lent.az-ın məlumatına görə, türkiyəli müdafiəçi 2015-ci ilin modeli olan "Mercedes Viano" markalı avtomobil alıb. Caner yeni maşınını həyat yoldaşı Asena Erkinin istəyi ilə dizayn etdirmək qərarına gəlib. "Mercedes Viano"nun salonuna tamamilə dəri örtük çəktirən cütlük maşının içində soyuducu və televizor da yerləşdirib. Bu avtomobil Erkin ailəsinə 170 min avroya başa gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31