Qvardiola "Roma" ilə məzələndi
22 Oktyabr 2014 15:24 İdmanÇempionlar Liqasında "Roma" üzərindəki böyükhesablı (7:1) səfər qələbəsindən sonra "Bavariya"nın baş məşqçisi Pep Qvardiola açıqlama verib. Oyunla bağlı fikirlərini bölüşən təcrübəli çalışdırıcı rəqiblə məzələnib: "Erkən qol vurduğumuz üçün rahat oynadıq. Çalışdıq ki, topu özümüzdə saxlayaq. Cavab oyunda görəcəksiz ki, komandalar arasında böyük fərq yoxdur. "Roma"nın bu oyunda 3-4 qol imkanı oldu, amma dəyərləndirə bilmədilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31