"Qarabağ" və "Neftçi"nin rəqibləri müəyyənləşəcək
22 Oktyabr 2014 13:12 İdmanBu gün Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək. Apasport.az xəbər verir ki, yarış iştirakçılarının sayı az olduğundan 1/16 finalda cəmi 4 komanda mübarizə aparacaq. Bir oyundan ibarət mərhələdə bu gün azarkeşlər iki oyuna şahidlik edəcəklər. Belə ki, I divizionda çıxış edən MOİK-lə "Lokomotiv" münasibətinə aydınlıq gətirəcək. "Qaradağ Lökbatan" isə "Zirə" ilə üz-üzə gələcək.
Qeyd edək ki, növbəti mərhələdə MOİK - "Lokomotiv" cütünün qalibi "Qarabağ"la, "Qaradağ Lökbatan" - "Zirə" cütündə üstün olan tərəf isə "Neftçi"nin rəqibi olacaq.
Azərbaycan Kuboku
1/16 final mərhələsi
22 oktyabr (çərşənbə)
14:00. MOİK - "Lokomotiv"
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Səbuhi Soltanov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu
14:00. "Qaradağ Lökbatan" - "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, İsgəndər Əliyev, Xəlil Xəlilov
"Dalğa Arena"