Messi Ronaldoya çatdı

Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Ayaks"la görüşdə (2:0) fərqlənən Lionel Messi üçün vurduğu qol əlamətdar olub. Qol.az-ın məlumatına görə, ÇL-da  69-cu dəfə fərqlənən argentinalı hücumçu  qol sayını Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldoya çatdırıb. İndi hər iki futbolçu sözügedən turnirdə 69 qola imza atıb.
Qeyd edək ki, ÇL-da ən çox qol vuran "Real"ın sabiq hücumçusu Raul Qonzalesdir. İspaniyalı futbolçu qitənin bir nömrəli klub turnirində 71 dəfə fərqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31