Rudi Qarsiya: “Günahkar mənəm”
22 Oktyabr 2014 12:32 İdmanÇempionlar Liqasının qrup mərhələsi çərçivəsində öz meydanında "Bavariya"ya biabırçı hesabla (1:7) uduzan "Roma"nın baş məşqçisi Rudi Qarsiya açıqlama verib. Lent.az-ın məlumatına görə, oyunu şərh edən təcrübəli çalışdırıcı bütün məsuliyyəti öz üzərinə götürüb: "Ağır məğlubiyyət oldu. Amma futbolçularımda günah yoxdur. Məğlubiyyətdə əsas günahkar mənəm. Yanlış taktika seçdim. "Bavariya" imkan vermədi ki, topla oynayaq. Buna görə də, oyunu əks-hücumların üzərində qurmalıydıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31