“Qalatasaray” – “Borussiya” gərginliyi
Komandaların azarkeşləri arasında mübahisə yaşanıb
22 Oktyabr 2014 12:14 İdmanBu gün Çempionlar Liqasında III turun oyunlarına yekun vurulacaq.ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə keçiriləcək 8 qarşılaşma içərisində azərbaycanlı azarkeşlərin də marağı D qrupunda yer alan "Qalatasaray"-"Borussiya" matçına yönəlib.2 oyundan sadəcə 1 xal qazanan İstanbullular doğma meydanda qrup lideri Dortmund "Borussiya"sını sınağa çəkəcək. "Cim-Bom"lu azarkeşlər artıq oyundan əvvəl çılğınlıqları ilə səs-küy yaradıblar. Belə ki, gecə saatlarında İstiqlal prospektində komandaların tərəfdarları arasında gərginlik yaşanıb. Azarkeşlər bir-birlərinə söz atıblar.Hər hanısısa bir hadisənin baş verməməsi üçün əraziyə çevik polis qüvvələri cəlb edilib.Dortmundlu azarkeşlər polisin müşayiətilə Taksim meydanına doğru irəliləyib və bir müddət orada vaxt keçirdikdən sonra dağılıblar.