Çempionlar Liqasının 8 oyununda 40 qol vuruldu
22 Oktyabr 2014 10:51 İdmanÇempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ilk günü turnirin keçirildiyi tarix ərzində ən məhsuldar oldu.Lent.az-ın məlumatına görə, 8 oyunda komandalar 40 qol vurdu, yəni orta hesabla bir oyunda 5 dəfə top qapılardan keçdi.Ən çox qol "Roma"-"Bavariya" oyununda qeydə alınıb (1:7), ən az - APOEL - PSJ qarşılaşmasında (0:1).1997-ci ilin oktyabrında Çempionlar Liqasında bir gün ərzində 44 qol vurulsa da (bir oyuna 3,67), bu 12 oyuna təsadüf etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31