“Qarabağ”ın müdafiə xəttinin nəzərinə: Zozulya oynayacaq!

"Dnepr"in aparıcı oyunçularından olan Roman Zozulyanın Avroliqanın qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı oynayıb-oynamacağı sual doğururdu. Lent.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, hücumçu zədəsini sağaldıb. Qeyd edək ki, Zozulya "Çernomorets"lə matçda komandasına kömək edə bilməmişdi. Klubun həkimləri onu "Qarabağ"la oyuna kimi tam hazır vəziyyətə gətirəcəklər. Bu isə o deməkdir ki, "Qarabağ"ın müdafiə xətti "Dnepr"lə görüşdə daha diqqətli olmalıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31