Futbolçu meydanda öldü

15 yaşlı qız birinci taymdan sonra qazona yıxılıb

İngiltərənin "Kedli" (Cadley FC) qadın futbol klubunun 15 yaşlı futbolçusu meydanda keçinib. ANS PRESS-in məlumatına görə, bu barədə komandanın rəsmi "Facebook" səhifəsində məlumat verilib. Hadisə oktybarın 19-da Lankaşir qraflığının Eakston (Euxton) qraflığında baş verib. Adı açıqlanmayan qız birinci taymdan sonra qazona yıxılıb. İlkin məlumata görə, qız ürək çatışmazlığından ölüb. "Biz bu xəbərdən çox kədərlənmişik, onun doğmalarına, dostlarına və klub yoldaşlarına baş sağlığı veririk",- deyə klubun açıqlamasında bildirilir. İngiltərənin ən qədim klublarından biri, 1881-ci ildə əsası qoyulmuş "Preston Nort Gnd" klubu da baş sağlığı verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31