"Qalatasaray" - "Borussiya" oyununu həmyerlimizə tapşırdılar

FİFA referisi Əliyar Ağayev yeni təyinat alıb. Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda oktyabrın 22-də, Türkiyənin İstanbul şəhərindəki Esenyurt İncirtepe stadionunda keçiriləcək "Qalatasaray" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31