Berti Foqts bu kluba keçəcək?

Millimizin sabiq baş məşqçisi Berti Foqts tezliklə özünə iş tapa bilər. Apasport.az xəbər verir ki, almaniyalı çalışdırıcı "Ştutqart"da çalışmağa yaxındır. Belə ki, "Ştutqart" sentyabrın 24-də Almaniya yığmasının sabiq üzvü Fredi Bobiçlə yollarını ayırdıqdan sonra klubda idman direktoru postu boş qalıb. Klub prezidenti Bernd Valer açıqlamasında hələ yeni idman direktorunun nə vaxt təyin olunacağının bilinmədiyini bildirib. Bu posta isə 2 namizəd var. Bunlardan biri 1970-ci ildə 10 min metr məsafəyə kanoe üzrə Kopenhagen dünya çempionatında gümüş, bir il sonra Belqraddakı dünya birinciliyində bürünc medal qazanmış 44 yaşlı Yohen Şnayderdi. Digər namizəd isə Berti Foqtsdur. Foqts artıq "Kiker"ə açıqlamasında bu işdə maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Berti Foqts az əvvəl idman direktoru, komanda meneceri və ya klubda məsləhətçi kimi işləməyə hazır olduğunu söyləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31