Oğuz Çətin: "Bizim hədəflərimiz, onların isə arzusu böyükdür"

"Son iki həftədə xallar qazanmışdıq. Bunu davam etdirmək lazım idi. Çünki ilk həftələrdə xallar itirmişdik. "Bakı" ilə oyunda yaxşı oyun sərgiləyib, üç xal qazandıq". Milli.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çətin "Bakı"ya qalib gəldikləri oyundan (4:0) sonra keçirdiyi mətbuat konfransında deyib. Türkiyəli mütəxəssis bu qələbəni unudub, qarşıdakı oyun haqda düşünməli olduqlarını bildirib: "Bizim hədəflərimiz böyükdür. Qarşıda bizi "Qarabağ"la çətin oyun gözləyir. Bu oyunu unutmalıyıq və qarşıdakı oyuna hazırlaşmalıyıq. "Bakı"nın hədəfləri böyük olmasa da arzusu böyükdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31