Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 23-də "Dnepr"lə qarşılaşacaq "Qarabağ" hazırlığını davam etdirir. Lent.az-ın məlumatına görə, Ağdam klubu gündə 1 dəfə məşq edir. "Köhlən atlar" bu gün və sabah da Bakıda məşqə çıxacaq. Oktyabrın 22-də isə "Qarabağ" Kiyevə yollanacaq.
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" oyunu Kiyevin "Olimpiya" stadionunda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31