"Real Madrid" Kasilyasın yerinə onu alır?

"Stoke City"nin bosniyalı qapıçısı Asmir Beqoviç "Real Madrid"in diqqət mərkəzinə düşüb. Goal.az məlumat verir ki, madridlilərin baş məşqçisi hələ "Chelsea"də çalışdığı vaxtdan adı çəkilən qolkiperin oyununu izləyir. 26 yaşlı qapıçının transfer qiyməti 12-15 milyon funt dəyərləndirilir. Bu səbəbdən "Real"a bu qədər pulu ödəmək problem yaratmamalıdır. Beqoviç hər iki Mançester klubunun da maraq dairəsindədir. "Əminəm ki, son bir neçə ildə Beqoviç Premyer Liqanın ən yaxşı qapıçısıdır. O, ambisiyalıdır və daha yüksək səviyyələrdə çıxış etmək istəyir. Biz, əlbəttə, onu satmaq istəməzdik. Amma hadisələrə realist yanaşmaq lazımdır". Bu sözləri "Stoke City" klubunun prezidenti Piter Kouts söyləyib. Qeyd edək ki, "Real"ın daha öncə David De Xea üçün 24 milyon funt ödəməyə hazır olduğu bildirilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31