“Beşiktaş”ın hücumçusundan etiraf: “Top əlimə dəymişdi”
20 Oktyabr 2014 12:30 İdmanTürkiyə Superliqasının 6-cı turunda "Sivasspor"u qəbul edən "Beşiktaş" çətin qələbə (3:2) qazandı. Oyunun qəhrəmanı isə seneqallı hücumçu Demba Ba oldu. İki qol vurub, bir məhsuldar ötürmə verən Ba matçdan sonra maraqlı fikir səsləndirib. O, vurduğu ikinci qolda topun əlinə dəydiyini etiraf edib: "Azarkeşlər bizə möhtəşəm dəstək verdilər. Vurduğum hər iki qolu bəyəndim. Oyuna yaxşı başlamasam da, matçın gedişində tempi artırdım. Karyeramın ən uğurlu matçlarından birini keçirdim. Amma etiraf edim ki, ikinci qolda top əlimə dəymişdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31