Bu gün böyük oyun olacaq

Türkiyənin iki güclü klubu "Qalatasaray" ilə "Fənərbaxça" qarşı-qarşıya gələcək

Bu gün Türkiyə Super Liqasında 2014-2015 mövsümünün ilk derbisi baş tutacaq.

ANS PRESS-in məlumatına görə, Türkiyənin iki güclü klubu "Qalatasaray" ilə "Fənərbaxça" qarşılaşacaq.

"Qalatasaray"ın meydançasında keçiriləcək oyuna Türkiyədə olduğu qədər Azərbaycanda da böyük maraq var. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunu beynəlxalq səviyyəli hakim Cüneyt Çakır idarə edəcək.

Super Liqada hərəyə 10 xal toplayan əzəli rəqiblər 3-cü 4-cü yerləri bölüşdürürlər.

Türkiyə mətbuatında iki komandanın meydançaya çıxa biləcək oyunçularının adları da açıqlanıb:

"Qalatasaray": Muslera, Veysəl - Semih - Çedju - Tarıq, Melo - Hamit - Səlcuq, Olcan - Sneyder - Burak (Ümid)

"FƏnərbaxça": Volkan, Gökhan - Alveş - Kadleç - Caner, Mereleş - Mehmet Topal - Əmrə, Kayt - Vebo - Alpər Potuk (Həsən Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31