Qurban Qurbanov milliyə gələcək?

Foqtsun istefa verməsindən sonra Azərbaycan millisinin baş məşqçi postuna kimin gətiriləcəyi məsələsi aktuallaşıb. İctimai rəy "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun tərəfindədir. Milli.Az xəbər verir ki, komanda.az-ın əldə etdiyi məlumata görə, Qurbanov millini çalışdırmaqdan imtina edib. AFFA-dakı mənbənin saytımıza verdiyi məlumata görə, Elxan Məmmədovla Qurban Qurbanov məsələ ilə bağlı hələ Foqts istefa verməmişdən əvvəl müzakirə aparıblar. Ancaq razılıq əldə olunmayıb. Baş katib Qurbanovdan milliləşdirilmiş futbolçulardan imtina olunmamasını tələb edib. "Qarabağ"ın çalışdırcısı isə bu təklifi qəbul etməyib. Bundan sonra Elxan Məmmədov "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze ilə təmas qurub. Məlumata görə, gürcü çalışdırıcı baş katibin şərtini qəbul edib. Məsələ ilə bağlı əlavə məlumat almağa və tərəflərin mövqeyini öyrənməyə çalışacağıq. Aldığımız ən son məlumata görə, bu gün Rövnəq Abdullayev Bakıya qayıdacaq və Qurban Qurbanovla görüşəcək. Görüş "Qarabağ" - "Qəbələ" oyunundan sonra baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31