"Özümü heç vaxt Mourinyo ilə müqayisə etmədim"

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti komandanın sabiq çalışdırıcısı Joze Mourinyo haqda danışıb. Qol.az xəbər verir ki, italiyalı mütəxəssis "Marca" qəzetinə açıqlamasında özünü heç vaxt Mourinyo ilə müqayisə etmədiyini bildirib: "Heç vaxt Mourinyonun "Real"da əldə etdiyi uğurların daha artığını qazanmağa çalışmadım. Yəni, özümü onunla müqayisə etmədim. Hər zaman komanda üçün bacardığımın ən yaxşısını etməyə çalışdım".

Qeyd edək ki, "Real"la İspaniya La Liqası, Kral Kuboku və ölkə superkubokunu qazanan Mourinyo Çempionlar Liqasının qızıl medallarına sahib çıxa bilməmişdi. Lakin Madrid təmsilçisi ötən mövsüm Ançelottinin rəhbərliyi altında 10-cu dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31