Azərbaycan yığmasında yeni məşqçilər

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin yeni məşqçilər korpusu tam formalaşıb.  Apasport.az xəbər verir ki, komandamızı növbəti yarışlara 5 nəfərdən ibarət heyət çalışdıracaq. Belə ki, yığmamızın "sükanı" İngiltərə millisini də çalışdırmış macarıstanlı Tomaş Feherə tapşırılıb. Elə də uğurlu karyerası olmayan mütəxəssisə həmyerlilərimiz köməklik edəcəklər. Komandamızın sabiq çalışdırıcıları Nizami Paşayev, Xanlar Nəbiyev, Hafiz Süleymanov və Elmar Sultanov yenidən əsas millimizdə işləyəcəklər. Komandamız gələn ay baş tutacaq dünya çempionatına da məhz bu məşqçilər korpusunun rəhbərliyi altında çıxacaq. Mundiala yollanacaq idmançılarımızın isə hələ siyahısı dəqiqləşməyib. Milliləşən legionerlərimizdən Boyanka Kostova, İvan Stoitsov və Anastasiya İbrahimlinin ölkəmiz adından yarışacağını gözləmək olar.
Qeyd edək ki, dopinq qalmaqalında günahkar olan Zlatan Vanevin isə ölkəmizdən qovulduğu və ya yenidən komandaya dönəcəyi ilə bağlı hansısa dəqiq məlumat verilmir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31