Fransa millisinin və "Arsenal"ın sabiq müdafiəçisi Uilyam Qallas karyerasını başa vurub. Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 37 yaşlı futbolçunun özü açıqlamasında bildirib. Qallasın son komandası Avstraliyanın "Pert-Qlori" klubu olub. Təcrübəli futbolçu karyerası ərzində "Kan", "Marsel", "Çelsi" və "Tottenhem" kimi klublarda forma geyinib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31