Neymarın atası "Barcelona" ilə əməkdaşlıq edir

Braziliya mətbuatında dolaşan xəbərlərə əsasən, "Barselona" ötən yay Duqlas Pereyranı transfer etmək üçün "N&N" şirkəti ilə məsləhətləşib.

Qeyd etmək yerinə düşər ki, şirkət Neymarın atasına məxsusdur. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Neymar "Barcelona"ya keçəndə tərəflər razılığa gəliblər ki, skaut fəaliyyətini adı çəkilən firma həyata keçirsin. Neymarın atası bu əməkdaşlığa görə ildə 400 min avro qazanır. "Barcelona" indi Braziliyanın "Santos" klubunda çıxış edən forvard - Qabiqolu yaxından izləməkdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31