“Qarabağ”ın oyununun hakimləri açıqlandı

Topaz Premyer Liqasında VIII turun hakim təyinatları açıqlanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ" və "Qəbələ" arasında turun mərkəzi oyunu FİFA referisi Rəhim Həsənova tapşırılıb. Digər beynəlxalq dərəcəli hakim Əliyar Ağayev isə "Xəzər Lənkəran" - "Bakı" görüşündə fit çalacaq.
 
VIII tur

17 oktyabr (cümə)

16:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
"Kapital Bank Arena", süni örtüklü meydança

19:30. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
Tofiq Bəhramov adına Respublika stadionu

18 oktyabr (şənbə)

15:00. "Araz Naxçıvan" - AZAL
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov
Naxçıvan Muxtar Respublika stadionu

18:00. "İnter"- "Simurq"

Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Coşqun Həsənov, Ziya Nəsirov
"İnter Arena"

19 oktyabr (bazar)

17:00. "Xəzər Lənkəran" - "Bakı"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov
"Xəzər Lənkəran" mərkəzi stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31