Ronaldo "Facebook"da da rekordçudur

"Real"ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldo təkcə futbol meydanlarında deyil, sosial şəbəkələrdə də rekord qırmaqla məşğuldur. 29 yaşlı oyunçu  "Facebook" sosial şəbəkəsində ən populyar insan olub. Belə ki, bu ay onun abunəçilərinin sayı 100 milyon nəfəri keçib. Maraqlıdır ki, Ronaldonun abunəçilərinin 78 faizi kişi, 22 faizi isə qadındır. Onu da bildirək ki, "facebook"da ən məşhur digər idmançılar "Barselona"nın futbolçuları - Lionel Messi (74 milyon abunəçi) və Neymardır (48 milyon).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31