Pike: Mən haqsız idim...

"Barselona"nın 27 yaşlı müdafiəçisi Jerar Pike öz qardaşı Markla birlikdə avtomobilini icazə verilməyən yerdə saxlayıb. Bir müddətdən sonra futbolçu cərimə edilib. Trend xəbər verir ki, bu barədə "Lenta.ru" xarici KİV-ə istinadən məlumat yayıb. Futbolçu ilə asayiş keşikçiləri arasında dava düşüb. Daha sonra Kataloniya klubunun oyunçusu qəbzi polislərin əlindən alaraq cırıb. Futbolçuya hüquq-mühafizə orqanlarına qarşı hörmətsizliyə görə ittiham irəli sürülüb. Az sonra futbolçu "Twitter" sosial şəbəkəsindəki səhifəsində yol polisi nümayəndələri ilə münaqişəyə görə üzr istəyib: "Mənim sözlərim bir qədər dəyişdirilib, lakin istənilən halda mən haqsız idim, bu hal bir daha təkrarlanmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31