Azərbaycan kubokunun püşkü atıldı
15 Oktyabr 2014 19:50 İdmanBu gün Azərbaycan kubokunda yeni mövsümün püşkatma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, yarışda 18 komanda iştirak edib. Bunlardan 10-cu Premyer Liqa, 8-i isə birinci divizion təmsilçisidir. AFFA-nın inzibati binasında keçirilən tədbirdə 1/16 final və digər mərhələlərin cütlükləri bəlli olub. İlkin mərhələdə 4 komanda mübarizə aparacağı təqdirdə, qalan 14 klub yarışa 1/8 finaldan qoşulacaq.
Qeyd edək ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edib. O, bütün klublara uğurlar arzu edib: "Layiq olan kuboku qazansın. Biz hər zaman çalışmışıq ki, ən güclü qalib olsun. Bəzən hansısa komandaya dəstək olduğu barədə iddialar səslənir. Amma belə deyil. Son illər hər zaman ən layiqli komanda Azərbaycanda uğur qazanıb. Bu da özünü avrokuboklardakı nəticələrdə göstərir. Düşünürəm ki, cari mövsümdə "Neftçi" və "İnter" avrokuboklarda hakim səhvələrinin qurbanı oldu".