Neymar Ginnesin rekordlar kitabına düşdü
15 Oktyabr 2014 19:45 İdmanBraziliya millisinin və "Barselona"nın hücumçusu Neymar Ginnesin rekordlar kitabına düşüb. Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, Neymar həm Çempionlar Liqası, həm də Libertadores kubokunda het-trik edən ilk futbolçu olub. 22 yaşlı futbolçu 2012-ci ilin martında "Santos"un heyətində "İnternasional"la görüşdə (3:1) 3 dəfə rəqib qapısına yol tapıb. Ötən ilin dekabr ayında Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Barselona" - "Seltik" matçında (6:1) da 3 qol vurmağı bacaran Neymar adını Ginnesin rekordlar kitabına yazdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31