6000-ci qol
15 Oktyabr 2014 19:40 İdman"Avro-2016"nın seçmə mərhələsində keçirilən Polşa - Şotlandiya oyunu (2:2) qonaqların futbolçusu Stiven Neysmit üçün əlamətdar olub. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Polşanın qapısına yol tapan 28 yaşlı futbolçu Avropa seçmə mərhələlərində vurulan 6000-ci qolun müəllifi kimi tarixə düşüb.
Qeyd edək ki, Avropa seçmə mərhələsində ilk qolu 1958-ci ildə keçmiş SSRİ yığmasının futbolçusu Anatoli İlin Macarıstanla görüşdə vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31