Azərbaycanın "Araz" futzal klubunun yeni baş məşqçisi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, komandanı bundan sonra ispaniyalı mütəxəssis Tino Peres çalışdıracaq. Daha öncə Moskva "Dinamo"sunda işləyən T.Peres İspaniyanın elit məşqçilərindən sayılır.
Qeyd edək ki, Tino Peres "Araz"da bir müddət öncə Azərbaycanı tərk edən braziliyalı Joze Alesionu əvəzləyib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31