"Qalatasaray" Sneyderin borcunu ödədi

"Qalatasaray" klubunun hollandiyalı futbolçusu Uesli Sneyderə borclu olduğunu xəbər vermişdik. Lent.az-ın məlumatına görə, İstanbul təmsilçisi 30 yaşlı yarımmüdafiəçiyə 1 milyon avro məbləğində olan borcunu ödəyib. Bu məlumatı Sneyderin meneceri də təsdiqləyib. Qeyd edək ki, məlum səbəbdən hollandiyalının Türkiyəni tərk edəcəyi gözlənilirdi. Ancaq borcunu aldıqdan sonra Sneyder fikrindən vaz keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31