Almanlar yenə xal itirdi

Ronaldo 90+5-də özünü göstərdi

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.ANS PRESS-in məlumatına görə, bu gün 6 günlük milli həyacan başa çatıb. Son gündə 4 qrupda 9 matç baş tutub.D qrupunda 3 gün əvvəl Polşaya uduzan Almaniya İrlandiyanı qəbul edib və oyun 1:1 hesabı ilə başa çatıb. Qonşu Gürcüstan Cəbəllütariqi 3:0 hesabı ilə yenib. Matçın ilk qoluna "Qarabağ"ın sabiq üzvü Nikolas Gelaşvili imza atıb. Polşa - Şotlandiya oyununda qalib müəyyənləşməyib - 2:2.E qrupunda bir matç baş tutub. Yeganə oyunda İsveçrə San Marinonu darmadağın edib - 4:0.

F qrupunda Rumıniya səfərdə Finlandiyanı, Şimali İrlandiya Yunanıstanı eyni hesabla yenib - 2:0. Macarıstan isə Farer adalarını minimal hesabla üstələyib - 1:0.

I qrupunda Kriştiano Ronaldolu Portuqaliya səfərdə Danimarkanın müqavimətini qıra bilməyib - 0:0. Serbiya - Albaniya isə azarkeşlərin hərəkətlərinə görə 41-ci dəqiqədə yarımçıq dayandırılıb.

AVRO-2016
Seçmə mərhələ
14 oktyabr

D qrupu
Almaniya - İrlandiya 1:1
Qollar: Toni Kroos, 71 - Con O`Şea, 90+4.

Polşa - Şotlandiya 2:2
Qollar: Kristof Maçinski, 12. Arkadiuş Milik, 76 - Şaun Maloney, 18. Stiven Naismit, 57.

Cəbəllütariq - Gürcüstan 0:3
Qollar: Nikolas Gelaşvili, 9. Tornike Okriaşvili, 19. Jaba Kankava, 69.

E qrupu
San Marino - İsveçrə 0:4
Qollar: Haris Seferoviç, 10; 24. Blerim Cemaili, 30. Herdan Şaqiri, 79.

F qrupu
Finlandiya - Rumıniya 0:2
Qollar: Boqdan Stanku, 54; 83.
Qırmızı vərəqə: Aleksander Rinq, 54 (Rumıniya).

Yunanıstan - Şimali İrlandiya 0:2
Qollar: Ceyms Vard, 9. Kile Lafferti, 51.

Farer adaları - Macarıstan 0:1
Qol: Adam Szalai, 21.

I qrupu
Danimarka - Portuqaliya 0:1
Qol: Kriştiano Ronaldo, 90+5.

Serbiya - Albaniya 0:0 (başa çatmayıb)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31