"Xəcalət çəkirəm" - Branimir Subaşiç

Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç şərəfini qoruduğu "Manisaspor" klubundan ayrılmaq istəyir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Serbiya əsilli futbolçunun özü açıqlamasında deyib: "Beş oyundur qol vura bilmirəm. Komandama gözlənilənləri vermədim. Buna görə xəcalət çəkirəm. Aldığım pulları da geri verə bilərəm. Üstəlik müqaviləni də ləğv etməyə hazıram". Lakin rəhbərlik bu sözləri ilə azarkeşlərin rəğbətini qazanan Subaşiçin komandadan getməsini istəmədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31