AFFA İcraiyyə Komitəsinin üzvündən Foqtsa dəstək
14 Oktyabr 2014 20:20 İdmanAFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov milli komandamızın "Avro-2016"nın seçmə mərhələsində Xorvatiyaya 0:6 hesabı ilə uduzduğu oyun barədə danışıb. "Futbolxeber.az"ın verdiyi məlumata görə, M.Məmmədov Foqtsun postunda qalmalı olduğunu bildirib: "İtaliyaya qarşı millimiz normal oynamışdı. Odur ki, Xorvatiya ilə oyundan bu cür yenilgi gözləmirdik. Komandamız dünən çox zəif çıxış etdi. Bununla belə, hazırkı vəziyyətdə Foqtsun istefasının əleyhinəyəm. Çox çətin qrupa düşmüşük. Məğlubiyyət hamımıza çox pis təsir etdi. Gəlin, tələsməyək. Mərhələnin sonunu gözləyək. İndiki halda baş məşqçi dəyişikliyinə ehtiyac görmürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31