Azərbaycanlı jurnalist Hakan Şükürə mükafat verdi

Monakoda nüfuzlu "Golden Foot" mükafatının 12-ci təqdimetmə mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, "Barselona" və İspaniya millisinin yarımmüdafiəçisi Andres İniyesta səsvermədə qalib gələrək mükafatın 2014-cü il üzrə qalibi olub. Ondan başqa, altı keçmiş futbolçu, o cümlədən türk Hakan Şükür də "Futbol əfsanəsi" kimi mükafatlandırılıb. Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükürə mükafatı "Golden Foot"un jüri prezidenti seçilən həmyerlimiz, AFFA-nın əməkdaşı Rasim Mövsümzadə təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31