Del Boske yığmadan gedəcəyi tarixi açıqladı

İspaniya yığmasının baş məşqçisi Visente del Boske komandadan gedəcəyi tarixi açıqlayıb. Qol.Az-ın məlumatına görə, "A Bola"ya danışan təcrübəli mütəxəssis 2016-cı ildə Fransada təşkil olunacaq Avropa çempionatından sonra yığmadan gedəcəyini bildirib: "Komandamın Fransada keçiriləcək Avropa çempionatında iştirak edəcəyinə inanıram. Ancaq ilk öncə final mərhələsinə vəsiqə qazanmalıyıq. Düşünürəm ki, bu mənim yığmada son turnirim olacaq. Lakin mən hər zaman millinin yanında olacam və komandaya kömək edəcəm".

Qeyd edək ki, 2008-ci ildən İspaniya millisini çalışdıran 63 yaşlı mütəxəssis komandası ilə Avropa çempionatı (2012) və dünya çempionatının (2010) qızıl medallarını qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31