"Avro-2016"da ilk baş məşqçi istefası
14 Oktyabr 2014 19:55 İdman"Avro-2016"nın seçmə mərhələsində öz meydanında Slovakiyaya 1:3 hesabı ilə uduzan Belarus millisinin baş məşqçisi Georgi Kondratyev tutduğu vəzifədən istefa verib. Qol.Az-ın Belarus Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, federasiya rəhbərliyi ilə görüşən 54 yaşlı mütəxəssis komandadan ayrılmaq istədiyini bildirib. Tərəflər arasında razılıq əldə olunub və müqavilə qarşılıqlı şəkildə ləğv edilib.
Qeyd edək ki, Kondratyev 2011-ci ildən Belarus yığmasını çalışdırıb. Onun rəhbərliyi altında "Avro-2016"nın seçmə mərhələsində 3 oyun keçirən Belarus millisi cəmi 1 xal toplayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31