Millimizin tarixində dördüncü 0:6

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Xorvatiya ilə qarşılaşan millimiz 0:6 hesabı ilə məğlub oldu. Lent.az-ın məlumatına görə, bu hesablı məğlubiyyət yığmamızın tarixində ilk dəfə yaşanmır. Komandamız dördüncü dəfədir ki, eyni aqibətlə üzləşir. İlk dəfə 2004-cü ildə 0:6 hesabını "dadmışıq". Yoldaşlıq görüşünə təsadüf edən həmin matçda İsrail qapımızdan 6 cavabsız top keçirib. İkinci belə məğlubiyyət 2006-cı ildə baş verib. Şahin Diniyevli yığmamız Ukrayna ilə yoldaşlıq görüşündə 0:6 hesabı ilə uduzub. Üçüncü 0:6 isə Berti Foqtsun vaxtına təsadüf edir. 2009-cu ildə keçirilən yoldaşlıq matçında İspaniya yığmamızı 6 dəfə mərkəzə dəvət edib. Xorvatiyaya məğlubiyyət isə millimizin tarixində dördüncü 0:6 hesablı məğlubiyyətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31