15 yaşlı futbolçu rekorda imza atdı

Norveç millisinin futbolçusu Martin Odeqardın rekorda imza ata biləcəyini bir neçə gün öncə xəbər vermişdik. Lent.az-ın məlumatına görə, 15 yaşlı futbolçu Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla oyuna çıxıb. Bununla da, Odeqar Avropa çempionatlarının seçmə mərhələ tarixində oyun keçirən ən gənc futbolçu adına yiyələnib. 15 yaş 301 günlüyündə seçmə mərhələ görüşündə iştirak edən Odeqar islandiyalı Siqurdur Yonssona aid (16 yaş 251 gün) rekordu yeniləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31