Luka Modriç 6:0 haqda nə dedi?

"Qələbə qazandığımız üçün sevinirəm". Apasport.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin futbolçusu Luka Modriç deyib. "Real Madrid"in yarımmüdafiəçisi AVRO-2016-nın seçmə mərhələsində yığmamıza doğma publika önündə 6:0 hesabı ilə qalib gəlmələrinə şərh verib: "Düşünürəm ki, bu, vacib qələbələrdən biri idi. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Qalib gələcəyimizi gözləyirdim. Amma bu hesabla yox".

Qeyd edək ki, Modriç oyunun 56-cı dəqiqəsində penaltindən fərqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31